Azərbaycanlı killerlər saxlanılıb - VİDEO

Azərbaycanlı killerlər saxlanılıb - VİDEO
Video
Hadisə 1845
Moldovada azərbaycanlı killerlər saxlanılıb.BAKU.WS Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 26 və 32 yaşlarında olan iki Azərbaycan vətəndaşı Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçmaq istəyərkən yaxalanıblar. Onları yaxalamaq üçün xüsusi təyinatlıların iştirakı ilə əməliyyat keçirilib.Onların Ukraynada fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın ştatlı killerləri olduğu bildirilir. Saxlanılanların adları açıqlanmır, onlar Xarkovda sifarişli qətldə ittiham edilirlər. Bu səs-küylü cinayət martın 29-da baş verib. “Kalaşnikov” avtomatları ilə silahlanmış iki killer avtomobillə axşam saatlarında “Ağdam” restoranının qarşısından keçərək həmin vaxt kafedən çıxan bir qrup qafqazlıya atəş açıblar. Bu zaman Xarkov bazarlarından birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb, əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb. Avtomobildə killerlərdən başqa daha iki nəfər olub.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər