Azərbaycanlı fəhlə 9-cu mərtəbədən şaxtaya düşərək ölüb
19
okt
2016
16:52
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı şaxtaya düşərək ölüb.
APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə dünən gecə saatlarında Murino rayonunda yerləşən tikinti meydançalarının birində baş verib.
22 mərtəbəli binada suvaqçı işləyən azərbaycanlı kommunikasiya şaxtasına düşərək ölüb.
Soydaşımızın podratçı şirkətdə çalışdığı bildirilir. İş vaxtı bitəndən sonra o, 9-cu mərtəbədə təmizlik işləri aparırmış.
Onun meyiti şaxtada tapılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 22 yaşlı gənc sevgilisinə görə özünü relslərin üzərinə atdı, cərimələndi
Bakı metrosunun "Koroğlu" stansiyasında relslərin üzərinə düşərək tunelə doğru hərəkət edən şəxslə bağlı araşdırma aparılır. BAKU.WS-in lent.az-a istinadən məl...