Rusiyada azərbaycanlı gəncləri döyüb xəstəxanalıq etdilər
Azərbaycanın iki vətəndaşı Sankt-Peterburqun cənub-qərbində kütləvi dava zamanı ağır bədən xəsarətləri alıb.
BAKU.WS-in məlumatına görə, hadisə noyabrın 15-i axşam saatlarında baş verib. Sankt-Peterburq polisinə kütləvi dava haqqında hadisə şahidləri məlumat verib.
Patrul xidməti hadisə yerində Azərbaycan vətəndaşlarını döymüş üç Peterburq sakinini saxlayıb. Azərbaycanlıları döyənlər 25-27 yaşlarında rus gənclər olub. Bildirilir ki, dava avtomobil sürücü ilə və piyadalar arasında münaqişədən sonra başlayıb. Zərər çəkənləri döş qəfəsi və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirib.
BAKU.WS
Oxşar xəbərlər
Sumqayıt Dövlət Universitetində kütləvi dava: tələbələrdən biri bıçaqlanıb
Sumqayıt Dövlət Universitetində (SDU) tələbələr arasında kütləvi dava düşüb. Bu barədə "Report”a Sumqayıt Şəhər Polis İdarəsindən (RPİ) məlumat verilib. Hadisə...