Azərbaycanda yolun kənarında yeni doğulmuş körpə tapılıb
05
fev
2016
16:07
Sabirabadda yolun kənarında yeni doğulmuş körpə tapılıb.
BAKU.WS DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 3-də Sabirabad rayonunun Kovlar kəndindəki "Padarçöl” adlanan sahədə rayon sakini Nəzarət İsmayılov avtomobil yolunun kənarında olan sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağının olduğunu görüb yaşadığı evə aparıb.
O, uşağı fevralın 4-də polis şöbəsinə təhvil verib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda “Naz Lifan”ı oğurlayıb satmaq istədilər
Fevralın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus "NAZ-Lifan” markalı avtomobil qaçırılıb. BAKU.WS-in Daxili İ...