Azərbaycanda yaşanan vahiməli hadisə ilə bağlı rəsmi məlumat

Azərbaycanda yaşanan vahiməli hadisə ilə bağlı rəsmi məlumat
Hadisə 7252

Ağdaşda Qoşaqovaq kəndində yaşanan paranormal hadisə ilə bağlı rəsmi məlumat yayılıb.

Kənd sakinlərinin lent.az-a verdiyi məlumata görə, bir neçə gündür ki, tanımadıqları qara paltarlı şəxs həyətlərə girərək sakinləri təlaşa salır. Sıx və uzun saqqallı bu adamı tanımayan kənd sakinləri dəfələrlə onu tutmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bildirilir ki, naməlum şəxs həyətlərə girərək gecə saatlarında alışqan işığı yandırır və oturaraq siqaret çəkir. Məsələ ilə bağlı sakinlər polisə müraciət də ediblər.

Qoşaqovaq kənd sakinləri sayta bildiriblər ki, polislər artıq kənddə araşdırmalara başlayıblar və bir neçə polis nəfəri yaşayış məntəqəsinin ərazisində keşik çəkir. Həmçinin əhaliyə hava qaralandan sonra küçəyə çıxmamaq tövsiyə edilib.

 

Ağdaş Rayon Polis Şöbəsindən lent.az-a bildirilib ki, məsələdən xəbərdardırlar və müvafiq tədbirlər görülür. Qoşaqovaq kəndi üzrə polis sahə müvəkkili Murad Quliyev isə bildirib ki, artıq 10-a yaxın evin həyətinə həmin naməlum şəxsin daxil olaraq həyəcan yaratması müəyyənləşdirilib. İnsanlara və onların mülkünə hər hansı ziyan vurmayan "çağırılmamış" qonaq daha çox təşviş yaradaraq təlaşa səbəb olur. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

BAKU.WS 

Oxşar xəbərlər

Azərbaycanda qorxunc varlıqlar peyda olub: əhali vahimə içindədir (FOTO)

Azərbaycanda qorxunc varlıqlar peyda olub: əhali vahimə içindədir (FOTO)

Ağdaşda Qoşaqovaq kəndində paranormal hadisələr baş verir. BAKU.WS məlumat verir ki, sosial şəbəkələrdə bir neçə nəfərin qəribə ağ geyimli 2-3 metr uzunluğunda...

22133 Hadisə 09:39 24 iyun 2016

Son xəbərlər