Azərbaycanda üzərinə yük maşını aşan 21 yaşlı gəncin faciəli ölümü - FOTO

Azərbaycanda üzərinə yük maşını aşan 21 yaşlı gəncin faciəli ölümü - FOTO
Hadisə 1681
Tovuzda bədbəxt hadisə baş verib.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə rayonun Əsrik-Cırdaxan kəndində qeydə alınıb.Kənd sakini 21 yaşlı Əli Abbasov yük maşının altında qalaraq dünyasını dəyişib.Ə. Abbasov atası ilə meşəyə gedərkən "ZİL" markalı yük maşını qəfildən aşıb. Nəticədə maşının yük yerində olan gənc aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü isə gəncin öldüyünü görüb və hadisə yerindən qaçıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər