Azərbaycanda “sərhəd-sipər” əməliyyatı - rayonların girişində polis postları QURULDU
05
iyn
2018
09:28
Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında "Sərhəd-sipər” əməliyyatlarına başlanıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, genişmiqyaslı əməliyyatlar hüquq-mühafizə orqanları tərəfindən ölkənin şimal-qərb və şimalında, Rusiya dövləti ilə həmsərhəd rayonlarında keçirilir. Rayonların girişində polis postları qurulub. Bu gün başlanılan əməliyyatlar iyun ayının 10-dək davam etməsi planlaşdırılır.Əməliyyatlar Rusiya ilə Azərbaycan Daxili İşlər Nazirlikləri arasında qəbul olunmuş razılaşmaya əsasən aparılır. Tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə antiterror əməliyyatı: 90 terrorçu məhv edildi
Türkiyədə PKK qruplaşmasına qarşı aparılan irimiqyaslı anti-terror əməliyyatı çərçivəsində martın 24-dən 30-a kimi 90 yaraqlı zərərsizləşdirilib.Türkiyə KİV-i x...