Azərbaycanda ər arvadına inanılmaz işgəncələr verdi, sonra isə ...
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə rayonunda ər arvadına dözülməz işgəncələr verib.
BAKU.WS-in musavat.com-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. İki uşaq anası olan 23 yaşlı qadın əri tərəfindən verilən işgəncələrdən sonra ata evinin qapısının önünə atılıb.
1993-cü il təvəllüdlü Məmmədova Məsmə Hafiz qızı naməlum səbəbdən əri tərəfindən maşa ilə döyülüb. Daha sonra əri samovardakı qaynar suyu M.Məmmədovanın üstünə töküb.
Bununla ürəyi soyumayan ər həyat yoldaşının başını balta ilə kəsmək istəyib. Ancaq qonşuların müdaxiləsi ilə bunun qarşısı alınıb.
Bütün bunlardan sonra M.Məmmədova körpə uşağının biri ilə Bakıya gətirilib. Onu Binəqədi rayonunun Çiçək qəsəbəsində yerləşən ata evinin qapısına atıblar. Ağır xəsarətlər alan qadının yaxınları onu xəstəxanaya huşsuz halda çatdırıblar.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. Cinayət işi başlanılıb.
İlyas Quliyev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yeni doğulmuş oğlan uşağını xəstəxananın qarşısına atıblar (VİDEO)
Bərdədə doğum evinin qarşısından yeni doğulmuş uşaq tapılıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də Bərdə Ra...