Azərbaycanda qohumlar arasında silahlı insident

Azərbaycanda qohumlar arasında silahlı insident
Hadisə 821
Şəmkir rayonunda qohumlar arasında silahlı insident baş verib.Bu barədə BAKU.WS Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, avqustun 14-də Şəmkir şəhəri ərazisində yaşayan Oruc Həsənovun həyətində tanışı olan Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib, sonuncu tüfəngdən açdığı atəşlə O.Həsənovun sol əl nahiyəsinə xəsarət yetirib.Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Niftalıyev saxlanılıb və hadisədə istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi götürülüb.BAKU.WS

Oxşar xəbərlər

İsmayıllıda baş verən hadisə barədə RƏSMİ AÇIQLAMA

İsmayıllıda baş verən hadisə barədə RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) İsmayıllıda baş verən qətllə bağlı məlumat yayıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyu...

4534 Hadisə 13:04 04 iyul 2018

Son xəbərlər