Azərbaycanda nişanlı gəncin faciəvi sonu – FOTO
04
iyl
2017
10:26
Lənkəranda hərbi xidmətə yollanacaq gənc dənizdə boğulub.
Report xəbər verir ki, hadisə dünən axşam saatlarına baş verib.
Belə ki, Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Quliyev Adil Heybət oğlu dostları ilə birlikdə çimərliyə gəlib. Lakin o, dənizdə çimərkən boğulub.
Qeyd edək ki, onun cəsədini ləpələr sahilə çıxarıb. Məlumata görə, nişanlı olan A.Quliyev ali təhsilini yenicə bitiribmiş. O, bu gün hərbi xidmətə yola düşəcəkmiş.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yeni tanış olan cütlük dənizdə boğuldu (FOTO)
2 gün əvvəl Xəzər dənizinin Suraxanı rayonuna düşən sahilində - Hövsandakı çimərlikdə suda boğulan 21 yaşlı Hüseyn Rəhimovla bağlı bəzi məqamlar üzə çıxıb. BAK...