Azərbaycanda namus cinayəti - Anasının çarpayısındakı kişini öldürən oğul hakim qarşısında
Anasının gəzdiyi kişini öldürən yeniyetmə cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.
BAKU.WS "ölkə.az"-a istinadən bildirir ki, qətldə təqsirləndirilən Elvin Qasımov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə qarşısında Elvin Qasımov cavab verib. E.Qasımov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilib.
İttihama görə, hadisə Beyləqan rayonunda qeydə alınıb. Rayonun Mil kənd sakini Elvin Qasımov özündən 16 yaş böyük Qadir Orucovu qətlə yetirib. O, Qadirə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib. İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, qətl hadisə namus üstündə törədilib.
Mərhum Q.Orucov E.Qasımovun anası ilə qeyri-rəsmi görüşüb. Elvin anasından dəfələrlə Q.Orucovla görüşməməyi tələb edib, əks halda həmin şəxsi öldürəcəyi ilə hədələyib. Lakin ana yeniyetmə oğlunun bu hədələrinə əhəmiyyət verməyib və Q.Orucovla görüşməyə davam edib. Hadisə baş verən günü evə gələn 16 yaşlı yeniyetmə anasına məxsus çarpayıda Q.Orucovun yatdığını görüb.
Bundan əsəbləşən yeniyetmə mətbəxdən götürdüyü bıçaqla yatdığı yerdə Qadir Orucova çoxsaylı bıçaq zərbələri vurub. Daha sonra polis şöbəsinə gedərək hadisədə istifadə etdiyi bıçağı polislərə təhvil verib. Məhkəmənin hökmü ilə Elvin Qasımov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WSOxşar xəbərlər
33 illik arvadını öldürən Çərtikov barədə QƏRAR VERİLDİ - 17 İL
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Rasim Çərtikovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.BAKU.WS “virtuala...