Azərbaycanda əməliyyat zamanı polis kapitanı baltalandı

Azərbaycanda əməliyyat zamanı polis kapitanı baltalandı
Hadisə 3757

Biləsuvar rayonunda əməliyyat keçirən polis kapitanı balta ilə vurulub.

BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib. Kəndin bir neçə sakini barəsində polis şöbəsinə şikayət daxil olub. Bununla əlaqədar həmin şəxslər izahat verməsi üçün dəvət olunublar.

Lakin vətəndaşlar polisin çağırışından imtina ediblər. Buna görə də şöbədə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və əməliyyatçılar həmin şəxsləri saxlayıb şöbəyə gətirmək üçün Aşağı Cürəli kəndinə yollanıblar.

Həmin kənd sakinləri polis əməkdaşlarına qapını açmayıblar. Əməliyyatçılardan biri, polis kapitanı Rəfael Ağamalıyev qapını açıb içəri girmək istəyəndə kənd sakini balta ilə onun başına doğru zərbə endirib.

Bu zaman R. Ağamalıyev zərbədən qismən yayına bilib və balta onun sinəsinə sancılıb. Yaralı olan R.Ağamalıyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda aktyor bıçaqlanıb

Azərbaycanda aktyor bıçaqlanıb

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qe...

2702 Hadisə 14:25 08 sentyabr 2018

Son xəbərlər