Azərbaycanda əməliyyat – 98 nəfər saxlanıldı
21
yan
2019
10:57
Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 208 cinayət faktı qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, onların da 51-i “isti izlər”lə açılıb.Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Gün ərzində 115 cinayət faktı qeydə alınıb
Dekabrın 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə veri...