Azərbaycanda əməliyyat – 50-dən çox insan saxlanıldı
23
yan
2019
13:15
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, onların da 19-u “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib.Qəza nəticəsində 2 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda əməliyyat – 98 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 208 cinayət faktı qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məl...