Azərbaycanda loğmanın evindən 20 min zəli oğurlanıb
16
sen
2016
11:09
Masallı rayonunun Mollaoba kəndində qeyri-adi oğurluq olub.
"Report”un xəbərinə görə, kənd sakini, loğman (təbib) kimi tanınan Kamal Məmmədovun yaşadığı evin zirzəmisindən 20 min ədəd tibbi zəli oğurlanıb.
Ev sahibi hadisə ilə bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat verib. Hazırda polis faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, tibbi zəlinin bir ədədinin qiyməti təxminən bir manatdır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda şok cinayət: kişi həyat yoldaşını öldürərək həyətdə basdırdı
Bakıda kişi qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi barədə polisə məlumat verib. "Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu...