Azərbaycanda itən buzov su quyusunda tapıldı, kranla çıxarıldı - VİDEO
                            
                                04
                                iyn
                            
                                2018
                                09:42
                            
                            
                        Naxçıvanda itən buzov iki gün sonra su quyusundan tapılıb. İribuynuzlu heyvan sakinlərin köməyi ilə sağ-salamat quyudan çıxarılıb.Hadisə Naxçıvanda, Kəngərli rayonunun Yurdçu kəndində baş verib. Sakinlərdən birinə məxsus buzov itib və iki gün ərzində tapılmayıb. İki gün sonra isə iribuynuzlu heyvanın kəndin kənarında qazılan kəhrizə düşdüyü məlum olub.Buzov sakinlərin köməyi ilə kran vasitəsi ilə sağ-salamat quyudan çıxarılıb. Sakinlərdən biri bu görüntüləri çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS 
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Qubada istifadəsiz qalan quyudan neft çıxdı – VİDEO
Quba rayonunun Talabı kənd sakinləri ərazidəki köhnə quyudan neftin çıxdığını aşkar ediblər. BAKU.WS-in Xəzər TV-yə istinadən məlumatına görə, prosesin bir müd...