Azərbaycanda işdən qayıdan vəzifəli şəxs dəhşətli qəzada öldü - TƏFƏRRÜAT (VİDEO)
14
fev
2019
11:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Balakən rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.BAKU.WS report-a istinadən xəbər verir ki, Qasbinə kəndi ərazisində - Beşbulaq adlanan ərazidə Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə toqquşan "Toyota RAV4” markalı minik avtomobilində vəfat edən 1985-ci il təvəllüdlü Alqayev Samir Nurəddin oğlu Zaqataladan işdən gəlirmiş.Belə ki, Zaqatala Su-Kanal idarəsində çalışan Samir Beşbulaq adlanan ərazidəki döngədə sürət həddini düzgün seçmədiyindən avtomobili yük maşınına çırpıb. O, hadisə yerindəcə keçinib. S.Alqayevin 2 azyaşlı övladı qalıb.Qeyd edək ki, qəza nəticəsində xəsarət alan B.Samin Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ambulator müalicəyə yazılıb.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Balakəndə yol qəzası: ölən və yaralanan var - FOTO
Balakən rayonunda yol qəzası baş verib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun rayonun “Beş bula...