Azərbaycanda film kimi hadisə: qadın həkimin əl-qolunu bağlayıb...
07
may
2017
12:24
Biləsuvar şəhərində oğurluq hadisəsi baş verib.
"Report"un Cənub bürosunun xəbərinə görə, naməlum şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbarahimovanın evinə daxil olaraq əvvəlcə onun əl-qolunu bağlayıblar, daha sonra isə evdə olan qızıl-zinət əşyalarını oğurlayaraq qaçıblar.
Faktla bağlı araşdırma aparılır. Oğruların tapılması istiqamətində əməliyyat-axtarış tədbirlər həyata keçirilir.
Qeyd edək ki, G.İbrahimova Biləsuvar MRX-nın Laboratoriya şöbəsində işləyir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda evdən 30 minlik qızıl aparıldı
Bakı şəhərində evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. BAKU.WS Report-a istinadın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb...