Azərbaycanda dəhşət - Ata ehtiyatsızlıqdan 5 yaşlı oğlunu öldürdü

Azərbaycanda dəhşət - Ata ehtiyatsızlıqdan 5 yaşlı oğlunu öldürdü
Hadisə 5569
Quba rayonunda ata oğlunu ehtiyatsızlıqdan öldürüb.“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Barlı kəndində baş verib.Kənd sakini Bəhərçin Vəliyev “QAZel” markalı avtomobili arxaya sürərkən 2014-cü il təvəllüdlü oğlu Rəvanı vurub.Təkərin altında qalan R. Vəliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Hadisə yerinə Xaçmaz rayon prokurorluğunun əməkdaşları gəlib.Azyaşlının meyiti ekspertiza olunmaq üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.Xəstəxanadan məlumatı “Qafqazinfo”ya təsdiqləyiblər.BAKU.WS

Oxşar xəbərlər

Xaçmazda yol qəzası, ölən və yaralananlar var

Xaçmazda yol qəzası, ölən və yaralananlar var

Xaçmaz rayonunda avtomobil yol kənarındakı maneəyə çırpılıb, ölən və yaralananlar var. Hadisə Xudat-Xaçmaz yolunda qeydə alınıb.BAKU.WS "Report" istinadən xəbər...

1809 Hadisə 22:17 21 noyabr 2018

Son xəbərlər