Xaçmazda ruhi xəstə üç nəfərə hücum etdi: Ölən və yaralı var
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
BAKU.WS-in məlumatına görə, rayon prokurorluğundan report-a bildirilib ki, hadisə bu gün saat 10.30 radələrində baş verib.
Belə ki, 38 yaşlı kənd sakini Bəxtiyar Umarov həmkəndlilərinə hücum edib. O həmkəndlisi, 39 yaşlı Məhərrəm Hacıyevi və 38 yaşlı Məzahir Mustafayevi bıçaqlayıb, digər Məhərrəm adlı şəxsi bıçaqlamaq istəyib, lakin mümkün olmayıb.
Məhərrəm Hacıyev aldığı xəsarətlərdən ölüb, Məzahir Mustafayev isə rayon mərkəzi xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb.
Məhərrəm Hacıyevin meyiti Məhkəmə Ekspertiza və Pataloji-Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Xaçmaz rayon şöbəsində tibbi ekspertiza olunub.
Hadisəni törədən Bəxtiyar Umarovun ruhi xəstə olduğu deyilir.
Xaçmaz Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsininin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda eşq cinayəti: xalası qızını və onun atasını bıçaqladı (VİDEO)
Lerikdə 24 yaşlı qadın xalası oğlu tərəfindən bıçaqlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Hamarmeşə kəndində qeydə alınıb. 24 yaşlı...