Azərbaycanda DƏHŞƏT - Armatur qadının kürəyindən girib qarnından çıxdı
19
mar
2019
12:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ucar rayonunda bədbəxt hadisə nəticəsində qadın evin damından yıxılıb. BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib. Belə ki, kənd sakini, 1980 ci il təvəllüdlü Qızqayıt Şəmsəddin qızı Abbasova yaşadığı evin damında təmizlik işləri apararkən müvazinətini itirərək yerə düşüb. Hadisə zamanı yerdə torpağa basdırılmış dəmir armaturun üstünə düşüb. Dəmir armatur Q.Abbasovanın kürək nahiyəsinə bataraq qarın nahiyəsindən çıxıb. Ağır bədən xəsarəti alan qadın yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı qadının üzərində cərahiyyə əməliyyatı aparılaraq armatur qadının bədənindən çıxarılıb. Xəstəxanadan velilən məlumatına görə, hazırda Q.Abbasova Reanimasiya şöbəsinə yerləşdilib, vəziyyəti orta ağırdır.BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtda 19 yaşlı gəlin 4-cü mərtəbədən yıxılıb
Sumqayıt şəhərində 19 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Hadisə şəhərin 8-ci mikrorayon ərazisində baş verib.Belə ki, şəhər sakini 1999-cu...