Azərbaycanda dəhşət: Ana və nənəsi birləşərək yeni doğulan körpəni öldürdü
Sumqayıtda nikahdankənar doğulan körpə qətlə yetirilib.BAKU.WS xəbər verir ki, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.
Sumqayıt şəhər Prokurorluğundan BAKU.WS-ə bildirilib ki, həmin qəsəbədə yaşayan 22 yaşlı Səbinə İsmayılova yeni dünyaya gətirdiyi oğlan uşağını anası 56 yaşlı anası Nigar Salmanova ilə birlikdə öldürüblər. Sonra onlar körpənin cəsədini H.Z.Tağıyev qəsəbəsindəki qəbiristanlıqda basdırıblar.
Qeyd edək ki, Səbinə İsmayılova evli olmayıb. Ehtimal edilir ki, körpə məhz nikahdan kənar doğulduğu üçün öldürülüb. Lakin qətlin dəqiq səbəbləri istintaqdan sonra məlum olacaq.
Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Sələmçi qadını öldürdülər - Azərbaycanda cinayət
Sumqayıtda 67 yaşlı qadın qətlə yetirilib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabidin qəsəbəsində qeydə alınıb.Belə ki, Sumqayı...