Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb
05
yan
2018
15:38
Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb.APA-nın məlumatına görə, hadisə şəhərdə olan özəl xəstəxanaların birində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib.Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb.Yeni doğulan körpə sağ qalıb. Məlumata görə, bu, N. Nəsibovanın dünyaya gətirdiyi ikinci övladdır.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda doğuş zamanı ana ölüb
Azərbaycanda doğuş zamanı ana ölümü olub.“Report”un Qarabağ bürosunun məlumatına görə, Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül...