Azərbaycanda daha bir yazar intihar etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.
BAKU.WS BakiPost.az-a istinadla xəbər verir ki, Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb.
İlkin məlumata görə, onun intihar səbəbi maliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik, bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi bildirilir.
R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında aspiranturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olub. O, Rizvan Qorxmaz imzasıyla şeirlər və hekayələr yazırmış. "Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub.
Ailəli idi, bir övladı var.
BAKU.WS
Oxşar xəbərlər
Bacı-qardaş birlikdə intihar etdi - BAKIDA GÖRÜNMƏMİŞ HADİSƏ
Bakıda dəhşətli intihar hadisəsi baş verib. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, martın 21-də gecə saat 01 radələrində "Şıx" çimərliyinin ərazisindəki s...