Azərbaycanda cinayətlərin açılması 1,2 faiz yaxşılaşıb

Azərbaycanda cinayətlərin açılması 1,2 faiz yaxşılaşıb
Hadisə 2415
Noyabrın 3-də Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclası açaraq ötən həftə ölkəmizin ictimai-siyasi həyatında baş verən ən önəmli, taleyüklü hadisə kimi Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyinin, yüksək təşkilatçılıq və diplomatik bacarığının nəticəsi olacaq, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsinin respublikamıza həm iqtisadi, həm də siyasi dividendlər gətirəcəyini, onun dünyada artan nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Bu siyasətin məntiqi davamı olaraq, möhtərəm dövlət başçımızın Tehranda Rusiya və İran prezidentləri ilə birlikdə “Şimal-Cənub nəqliyyat dəhlizi”nin çəkilməsinə dair yeni müqavilənin imzalaması milli maraqlar nəzərə alınmaqla həyata keçirilən balanslı siyasətin növbəti uğuru kimi dəyərləndirilib.Sonra nazir DİN Kollegiyasının yeni üzvünü-Naxçıvan MR-in daxili işlər naziri, general-mayor Fazil Ələkbərovu iclas iştirakçılarına təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.Daxili işlər naziri müzakirəyə çıxarılan məsələlərin aktuallığını, əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini diqqətə çatdırıb. O, cinayətlərin törədilməsində əvvəllər məhkum olunmuş şəxslərin rolu baxımından bu kontingentin əməliyyat nəzarətində saxlanılmasının zəruriliyini xatırladıb, onların cinayətkar əməllərinin vaxtında ifşasını qarşıda duran mühüm vəzifələrdən biri kimi qiymətləndirilib. Cinayətlərin qarşısının alınmasında və açılmasında polis sahə rəislərinin və inspektorlarının rolunun gücləndirilməsi də vacib məsələlərdən olmaqla bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğun qurulması üçün son 10 ildə davamlı iş aparıldığı, müsbət nəticələr əldə edildiyi qeyd edilib.Ölkədəki kriminogen duruma toxunan nazir daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin bütövlükdə qənaətbəxş olduğunu, əldə edilmiş müsbət təmayüllərin cari ilin 9 ayında da qorunub-saxlanıldığını diqqətə çatdırıb.Bildirilib ki, göstərilən müddətdə DİN və prokurorluq orqanları üzrə qeydə alınan cinayətlərin açılması 1,2 faiz yaxşılaşaraq 85,5 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin, qəsdən adam öldürmələrin, odlu silahla törədilən cinayətlərin, dələduzluqların, avtonəqliyyat vasitələrinin qaçırılmasının, hədə-qorxu ilə tələb etmələrin, quldurluqların, soyğunçuluqların, habelə xuliqanlıqların, yol-nəqliyyat hadisələrinin, qəzalarda həlak olanların və xəsarət alanların sayı azalıb. Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitələrinin qaçırılması cinayətlərinin açılması da yaxşılaşıb.Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov və Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov gündəlikdəki məsələlərlə bağlı məruzələrində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.Müzakirələrdə ərazi polis orqanlarının rəisləri buraxılan nöqsanlar və onların aradan qaldırılması yönündə həyata keçiriləcək tədbirlər barədə çıxış ediblər.İclasa yekun vuran nazir, general-polkovnik Ramil Usubov cari ilin ötən dövründə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini üzrə görülən işlərin ümumən qənaətbəxş olduğunu, əksər istiqamətlər üzrə göstəricilərin bir qədər də yaxşılaşdığını, açılma faizinin yüksəldiyini, bir sıra ağır cinayətlərin azaldığını, bununla belə, ayrı-ayrı polis orqanlarında bu fəaliyyətin günün tələbləri səviyyəsində qurulmadığını, nöqsan və çatışmazlıqların aradan qaldırılmasında prinsipiallıq göstərilmədiyini qeyd edib.İlin başa çatmasına iki aydan da az vaxt qaldığını xatırladan DİN rəhbəri qeyd olunan istiqamətlərdə səylərin daha da artırılmasının, vətəndaşların müraciətlərinə xüsusi diqqətlə, qayğı və həssaslıqla yanaşılmasının, əməkdaşların onlarla ünsiyyətdə qanunçuluğa, insan hüquq və azadlıqlarına, Etik Davranış Kodeksinin tələblərinə ciddi riayət etmələrinin zərurliyini, ərazi polis orqanlarına gətirilən şəxslərə hər hansı formada təzyiq göstərilməsinin, kobudluq edilməsinin yolverilməz olduğunu bildirib. Nazir belə neqativ əməllərə, asayiş keşikçilərinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verənlərə qarşı ən sərt tədbirlər görüləcəyini vurğulayıb, orqan rəislərindən və digər vəzifəli şəxslərdən qəbul işinə nəzarəti gücləndirməyi, şəxsi heyətin peşəkarlığının artırılması, icra intizamımnın daha da yüksəldilməsi, yeni informasiya texnologiyalarının geniş şəkildə tətbiqi üçün bütün qüvvə və imkanların səfərbər olunmasını, əməliyyat işinin səmərəsinin yüksəldilməsini tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyyələrini verib.General-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daxili işlər orqanlarının fədakar fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini xatırladaraq bu ali diqqət və qayğının hər bir əməkdaşın üzərinə böyük məsuliyyət qoyduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlıqla uğurlu mübarizə və ictimai təhlükəsizliyin nümunəvi təmini işini bundan sonra da layiqincə davam etdirəcək, ölkəmizin inkişafının və qüdrətlənməsinin əsas şərtlərindən olan sabitliyin dönməzliyinin təmini, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, sona çatmaqda olan bu ili də yüksək göstəricilərlə başa vuracaq.BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək

Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə şəhərində vətəndaşları qəbul edəcək.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, görüş...

1242 Siyasət 21:35 06 oktyabr 2017

Son xəbərlər