Azərbaycanda 17 gündə 3 dəfə əməliyyat olunan gənc elə əməliyyat masasında öldü
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında (RMX) ölüm hadisəsi baş verib.
BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, Ağdam rayonunun Əhmədağalı kənd sakini, 1993-cü il təvəllüdlü Süleymanov Elçin İsmixan oğlu bağırsaq uzanması xəstəliyi ilə Ağcabədi RMX-ya müraciət edib.
Yaranmış vəziyyətin daha da kəskinləşməməsi üçün həkimlər onu 3 ay əvvəl əməliyyat ediblər. Ancaq ilk əməliyyat uğursuz alınıb. Daha sonra 24 yaşlı gənc 17 gün ərzində üç dəfə əməliyyat otağına girməli olub.
Ailə üzvləri iddia edir ki, Elçin Süleymanov sonuncu əməliyatında çoxlu qanitirmədən, daha doğrusu, həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ata qəza etdi, oğlu öldü - DƏHŞƏTLİ HADİSƏ
Bərdə rayonunun Lək kəndində ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə 56 yaşlı Bərdə rayon sakini Süleymanov H...