Azərbaycan polisi əməliyyat keçirdi – 17 nəfər saxlanılıb

Azərbaycan polisi əməliyyat keçirdi – 17 nəfər saxlanılıb
Hadisə 1103
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, cinayətlərin 15-i “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda əməliyyat – 75 nəfər saxlanıldı

Azərbaycanda əməliyyat – 75 nəfər saxlanıldı

Sentyabr ayının 7-dən 8-dək respublikanın daxili işlər orqanları tərəfindən 116 cinayət faktı qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS...

843 Hadisə 10:37 08 sentyabr 2018

Son xəbərlər