Azərbaycan gələn il zərbə PUA-larının istehsalına başlayacaq
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) 2016-cı ildə yeni nəsil pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.
BAKU.WS "AzeriDefence”ə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Y. Camalov bununla bağlı dövlət başçısının tapşırıq verdiyini qeyd edib.
"Bu uçuş aparatları kəşfiyyatla yanaşı digər funksiyaları da həyata keçirəcək, aşkarladığı hədəfləri məhv edə biləcək. Yeni PUA üzərində işlər 2016-cı ilin sonlarında başa çatdırılacaq və istehsalına başlanacaq”, – deyə nazir vurğulayıb.
Nazir bundan əlavə, uzaq mənzilli raketlərin istehsalı istiqamətində müvafiq qurumlarla danışıqlar aparıldığını və yaxın zamanlarda bu məhsulların istehsalına başlanacağını bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Samir Şərifov maaşlarla bağlı söz verdi: 2016-cı ildə bütün sosial ödənişlər...
Maliyyə Nazirliyində 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. BAKU.WS-in məlumatına görə,...