Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi

Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi
Açıqlama Video
Hadisə 629

Paytaxtın Yasamal rayonu, Salatın Əsgərova küçəsi 160 ünvanında anbarın su basması hadisəsi ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən açıqlama verilib.

Qrumun Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Nəsimi rayonu S.Əsgərova küçəsində kanalizasiya tutulması baş verib.

Rayon sukanal idarəsinin qəza xidməti əməkdaşları hadisə yerinə cəlb olunublar və zirzəmiyə dolan suyun təmizlənməsi işləri görülür.

***17:09

Paytaxtın Yasamal rayonu, Salatın Əsgərova küçəsi 160 ünvanında anbarı su basıb.

Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, nəticədə vətəndaşa külli miqdarda maddi ziyan dəyib:

"Hadisədən bir gün əvvəl "Azərsu" əməkdaşları ərazidə iş aparıb. Bundan sonra subasma halı baş verib".

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidməti ilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, problemlə bağlı "Bakı Sukanal" İdarəsinə məlumat verildi. Hazırda əməkdaşlar əraziyə cəlb olunurlar.

Hadisənin görüntülərini təqdim edirik:

Son xəbərlər