“Azərişıq”da yeni təyinatlar

“Azərişıq”da yeni təyinatlar
Hadisə 1549

“Azərişıq” ASC-nin bir sıra region rəislərinin yerləri dəyişdirilib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Ülvi Həsənov tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) rəis təyin edilib.

Məlumata görə, Yasamal RETSİ-nin rəisi Abbas Quliyev vəzifəsindən azad edilərək Səbail RETSİ-nə, Səbail RETSİ-nin rəisi Məhəmmədəli Məmmədov Nizami RETSİ-nə, Nizami RETSİ-nin rəisi Ələsgər Bədəlov Sabunçu rayon ETSİ-yə, Sabunçu RETSİ-nin rəisi Paşa Əliyev Biləcəri ETSİ-nə rəis gətirilib.

"Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edilən təyinatları təsdiq edib.

Oxşar xəbərlər

Ramil Usubov yeni polis rəisləri təyin etdi

Ramil Usubov yeni polis rəisləri təyin etdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.“Report”un əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsi...

3303 Hadisə 15:44 17 yanvar 2019

Son xəbərlər