“Azərişığ"ın mühəndisi çalışdığı idarədə ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunda elektrik mühəndisi çalışdığı idarədə ölüb.
BAKU.WS "report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında “Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) qeydə alınıb.
Belə ki, RETSİ-də mühəndisi vəzifəsində çalışan 1958-ci il təvəllüdlü Ağakişi Cahangir oğlu Xankişiyev qəflətən ölüb.
Onun insult keçirdiyi ehtimal olunur.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Bakı Metropoliteni"nin keçmiş rəisi vəfat edib - FOTO
“Bakı Metropoliteni” QSC-nin kollektivinə ağır itki üz verib. BAKU.WS xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki,...