Azərin donorundan danışan İlkin Həsəni: "İmtina cavabı gəldi"
Aktyor və aparıcı İlkin Həsəni mərhum həmkarı Azər Baxşəliyevlə bağlı danışıb.
BAKU.WS xəbər verir ki, "Xəzər axşamı" verilişinə qonaq olan Həsəni, Azərin fanatlarından birinin ona böyrək köçürülməsinə razılıq verdiyini deyib. Son məqamda isə aktyor imtina cavabı alıb:
"Azəri sevən tamaşaçılardan biri təmənnasız olaraq öz böyrəyini ona vermək istəyirdi. Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri gedirdi. Son illərdə transplantasiya əməliyyatları üçün Etika Komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə biz soruşanda da deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Sonuncu məqamda hansısa bir problem çıxdı və Azərə imtina cavabı gəldi. Bir az da bu olay Azəri çökdürdü".
Qeyd edək ki, Azər Baxşəliyev iki gün əvvəl vəfat edib. O insult keçirərək xəstəxanaya yerləşdirilib. Bir neçə gün süni tənəffüs aparatına bağlı qaldıqdan sonra dünyasını dəyişib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Xocalıda mina hadisəsində yaralanan ANAMA əməkdaşının ayağı amputasiya edilib
Xocalı rayonunun Daşkənd kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan ANAMA əməkdaşının ayağının bir hissəsi amputasiya edilib. BAKU.WS-ə TƏBİB-dən...