Azərbaycanlı zəvvar İranda ağır xəsarət alıb

03
fev
2020
09:19
Bakıdan İran İslam Respublikasına ziyarətə gedən zəvvar xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Məşhəd şəhərində qeydə alınıb.
Binəqədi rayon sakini Haxıyev Xalid Qayıtmaz oğlu ziyarət zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq xəsarət alıb. Yaralı əvvəlcə Məşhəd şəhərindəki xəstəxanalardan birinə çatdırılıb və ona sağ bazu sümüyünün yerdəyişən sınığı, 12-ci fəqərənin sınığı və sol qamış sümüyünün sınığı diaqnozları qoyulub. Yaralı bundan sonra Bakıya gətirilib və paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.
Oxşar xəbərlər
Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var
Bakının Nəsimi rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşm...
