Azərbaycanlı tanınmış bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI
Yeniliklərdən dərhal xəbərdar olun
Bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlunun cənazəsi ötən gün axşam saatlarında Türkiyədən Azərbaycana gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Teleqraf"a mərhumun dostu Samir Xəttab məlumat verib.
Samir Xəttab Ruslan Əhmədoğlunun bu gün günorta saatlarında Pirşağıdakı ailə qəbiristanlığında torpağa tapşırılacağını bildirib.
S.Xəttab dostunun ölüm səbəbindən də danışıb.
O deyib ki, Ruslan Əhmədoğlu ailəsi ilə birlikdə Türkiyədə istirahətdə olarkən dənizdə bu hadisə baş verib:
"Dənizdə olarkən ayağından qıcolma keçirib, bu səbəbdən təşvişə düşüb. Nəticədə ciyərlərinə duzlu su dolub və komaya düşüb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, Ruslan Əhmədoğlu ailəlidir və iki övladı var.
Oxşar xəbərlər
Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
Nepal polisi pul müqabilində vətəndaşlara xaricdə, o cümlədən Azərbaycan və Kanadada iş vəd edən 2 nəfəri dələduzluq şübhəsi ilə saxlayıb. "Report" Nepal medias...