Azərbaycanlı “qanuni oğru” Türkiyədə saxlanıldı

Azərbaycanlı “qanuni oğru” Türkiyədə saxlanıldı
Foto
Hadisə 3672

Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “İlqam Bolniski” kimi tanınan İlqam Hacıyev saxlanılıb.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Türkiyədə həbs olunub.

Kriminal avtoritetin hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, “İlqam Bolniski” ötən həftə keçirilən “sxodka”da “qanuni oğru” adına layiq görülüb. Gürcüstanın Bolnisi rayonunda anadan olan 40 yaşlı İlqam Hacıyev, mərhum “qanuni oğru” “Lotu Quli”nin yaxın dostu olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər