Azərbaycanlı müstəntiq qızın dəhşətli ölümü ilə bağlı YENİ FAKTLAR – FOTO

23
may
2019
08:56
Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı azərbaycanlı Əliyeva Aysel Nəbi qızının meyiti tapılıb.BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, qızın meyiti çaydan tapılıb.Qeyd edək ki, leytenant rütbəsi olan Aysel Əliyeva Rusiyanın Novokuznetsk şəhərində “Zavodski” polis bölməsində müstəntiq işləyib.Məsələ ilə bağlı Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov Trend-ə bildirib ki, ilkin ehtimala görə qıza intihar edib.“Uzun zamandır itkin düşən həmvətənimiz 1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızının meyiti bu ayın 9-da çaydan tapılıb. Martın 8-dən yoxa çıxan qız artıq federal axtarışa da verilmişdi.Ekspertizanın cavabına görə, Ayselin bədənində heç bir zorakılıq əlaməti aşkar olunmayıb, ilkin versiyaya əsasən, gənc qız intihar etmək üçün özünü çaya atıb”, - deyə, F.Qasımov bildirib.İcma lideri qeyd edib ki, A.Əliyeva bir müddət əvvəl nişanlanıb:“Aysel bir müddət əvvəl idmançı bir oğlana nişanlanıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi isə qızın ailəsini məhkəməyə verməyə hazırlaşır. Ehtimal edilir ki, ailə qızı zorla nişanlayıb və o da buna görə intihar edib”.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı leytenant qızın meyiti çaydan tapıldı - Zorla nişanlayıblar
Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan ic...
