Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
Rusiyada ev dustaqlığı cəzası alan azərbaycanlı milyarder, "Ximki" futbol klubunun investoru Tufan Sadıqov ev dustaqlığından azadlığa buraxılıb.
BAKU.WS lent.az-a istinadla xəbər verir ki, onunla birlikdə RM şirkətinin təsisçisi Olqa Danilova, "Soyuzdorstroy" şirkətinin keçmiş baş direktoru Yelena Oşirova və "MTU Saturn"un baş direktoru Artem Suslikov da ev dustaqlığından azad edilib.
Sahibkarlar Salman Yusupov və İqor Vaşuninin ev dustaqlığının müddəti isə uzadılıb. Onların hamısı mütəşəkkil dəstənin tərkibində xüsusilə külli miqdarda dələduzluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) ittiham edilib və Sadıqovla birlikdə onun işi üzrə tutulublar.
Müstəntiqlərin fikrincə, müttəhimlər əlaqəli olduqları şirkətlərlə saxta kredit müqavilələri bağlayıblar. Bu şirkətlər vasitəsilə geri qaytarmaq niyyətində olmayan kreditlər alıblar. Nəticədə kreditorlar xeyli itki ilə üzləşiblər.
Xatırladaq ki, Tufan Sadıqova qarşı 2024-cü ilin dekabrında xüsusilə böyük miqyasda dələduzluq maddəsi ilə cinayət işi açılıb və barəsində ev duastaqlığı həbs qətimkan tədbiri seçilib. Onun oğlu İlya Sadıqov da "Ximki" klubunun futbolçusudur.
Onu da qeyd edək ki, idman insayderləri üzrə ixtisaslaşmış resurslara görə isə, Tufan Sadıqov 20 milyon rubl girov müqabilində azad edilib.
Oxşar xəbərlər
Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb
Bakı-Quba yolunda "KIA Sportage" idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb. Bu sözləri "Report"un Sumqayıt-Abşeron bürosuna Baş DYP İdarəsinin inspektor...