Azərbaycanlı məşhurların döyülərək öldürülən Elgün İbrahimovla bağlı paylaşımları
Azərbaycanlı məşhurlar Gəncədə küçədə döyülərək öldürülən 18 yaşlı Elgün İbrahimovun başına gələnlərə səssiz qalmayıblar.
BAKU.WS xəbər verir ki, onlar sosial şəbəkə hesablarında Elgünlə bağlı müxtəlif paylaşımlar edərək ona qarşı edilən bu zorakılığı qınayıblar.
Müğənnilər, aparıcılar və blogerlər şəxsi instaqram hesablarında Elgünün qatillərinin tez zamanda tapılmasını azrulayıblar.
Sözügedən paylaşımları təqdim edirik:
Müğənni Gülay Zeynallı
Əməkdar artist Abbas Bağırov
![]()
Aparıcı Afaq Gəncəli
Müğənni Günel Zeynalova
Bloger Nəzrin Nəcəfova
Müğənni Aysun İsmayılova
Bloger Aynişan Quliyeva
Müğənni İradə İbrahimova
Müğənnilər Sevil-Sevinc Səfərovalar
Müğənni Almaxanım Əhmədli
Qeyd edək ki, Elgün Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. Onun şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət aldığı bildirilib. Ona xəstəxanada qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Elgün aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Bir neçə gün öncə mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgünün döyülərək tanınmaz hala salındığını deyib:
"Başı yox idi uşağın. Tikə-tikə idi, tanınmaz halda... Gözü yerdə imiş. Ciyəri partlayıb, ağciyəri, qaraciyəri... Qabırğaları qırıq-qırıq idi. Bu, insan işi deyil. Döyülübsə də, dəmirlə döyüblər. Amansızcasına, vəhşicəsinə... Uşaq universitetə hazırlaşırdı, bizim ümidimiz idi. İmtahanının birini vermişdi. Davakar deyildi, bir az zəif uşaq idi. Oxumağa meyilli, çox savadlı idi".
Oxşar xəbərlər
Özünü "Tural" kimi tanıdıb, 12 min manatı ələ keçirdi
Naxçıvanda vətəndaşları işlə təmin etmək vədi ilə aldadaraq pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Əsgər Quliyev polis əməkdaşları tərəfindən...