Azərbaycandan Rusiyaya uçuşlar bərpa olunur

Azərbaycanın milli aviadaşıyıcısı 15 iyundan etibarən Rusiyanın şəhərləri ilə hava əlaqəsini bərpa edir.
BAKU.WS "Azərbaycan Hava Yolları"na istinadən xəbər verir ki, qeyd edilən tarixdən etibarən “AZAL” və “Buta Airways” aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskva, Sankt-Peterburq, Həştərxan, Mineralnıye Vodı və Kazan şəhərlərinə uçuş proqramını mərhələli şəkildə bərpa edir.
“Azərbaycan Hava Yolları” aviaşirkəti 15 iyundan etibarən Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanlarına gündəlik uçuşlar yerinə yetirməyə başlayacaq. Bakıdan Sankt-Peterburq şəhərinə aviadaşıyıcının uçuşları həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
“Buta Airways” aşağıbüdcəli aviaşirkət həmin tarixdən həftədə iki dəfə olmaqla Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri) və Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
Oxşar xəbərlər
Bakı aeroportunda ən punktual aviaşirkətlərin adları açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu 2020-ci ilin yanvar ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib etmişdir. Bu barədə Heydər Əliyev Beynəlxalq Aerop...
