Azərbaycanda yük avtomobili piyadanı vurub öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda avtomobil piyadanı vurub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Cəlilabad rayon Çünzəli kənd sakini, Mərhəmət İsmayılov idarə etdiyi "Ford Tranzit markalı yük avtomobilini Göytəpə şəhəri ərazisində əkin sahələrində piyadalar və nəqliyyat vasitələri üçün nəzərdə tutulan torpaq yolda geriyə hərəkət etmək istəyərkən, ehtiyatsızlıqdan rayonun Xəlilabad kənd sakini, 1983-cü il təvəllüdlü Nuridə Bağırovanı vurub. Xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Lakin aldığı ağır xəsarətlərdən qadın dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...