Azərbaycanda üst mərtəbədən daman su dəhşətin üstünü açdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə mənzildən 93 yaşlı qadının meyiti tapılıb.
BAKU.WS-in Xezerxeber.az-a istinadla məlumatına görə, 1929-cu il təvəllüdlü Gəncə şəhər sakini Yelifolida Strelkovanın meyiti şəhərin “Qəsəbə” adlanan ərazisində yerləşən mənzildə aşkar edilib.
Məlumata görə, birinci mərtəbədə yaşayan qonşu mənzilinə su damması ilə bağlı şikayətlərinə məhəl qoyulmadığından özü üst mərtəbədəyə çıxıb. Mənzilin qapısı bağlı olduğundan qapını zorla açdırmağa məcbur qalıb. Məlum olub ki, 93 yaşlı qonşu Yelifolida Strelkova uzun müddət əvvəl mənzilində dünyasını dəyişib. Meyiti də bu müddət ərzində mənzildə qalıb.
Baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırmalara başlanıb. Aşkar edilmiş meyitin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsində müayinəsi aparılır. Ölüm faktının nə vaxt və hansı şəraitdə baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.
Daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...