Bərdədə uçqun baş verən bina uşaq bağçası olmayıb - MÜTDA

Bərdə şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binasında heç bir uçqun və dağıntı halı qeydə alınmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, hadisə müəsssiənin qarşısında yerləşən yaşayış binasının eyvan hissəsində baş verib.
"Bağçanın binasına hər hansı bir zərər dəyməyib",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanı uçub. 1 nəfər qadın dağıntı altından çıxarılıb.
*** 11:51
Bərdədə uşaq bağçasında uçqun olub.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, hadisə Bərdə şəhər Təbriz küçəsində 4 saylı uşaq baxçası körpələr evində baş verib.
Belə ki, binanın eyvan hissəsində baş vermiş hadisə zamanı uçqun altında bir nəfər az yaşlının olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurum əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Haber Global"da Yekaterinburqdakı azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlayıb
Türkiyənin "Haber Global" telekanalında Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı hücumla bağlı süjet yayımlanıb. BAKU.WS xəbər verir ki,...
