Azərbaycanda toyda qan töküldü: Yaralılar var
15
mar
2020
17:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zərdabda iki nəfər bıçaqlanıb.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Şahhüseyinli kəndində keçirilən toy mərasimi zamanı baş verib.
Belə ki, kənd sakinləri Qarazadə Şəmsi Böyükəli oğlu və Qarayev Rəşad Qara oğlu kənddə keçirilən toy məclisində həmkəndliləri Babayev Əqdəm Abdulməcid oğlu ilə aralarında yaranan mübahisə zamanı Ə.Babayev tərəfindən bıçaqlanıblar.
Hər iki yaralı Zərdab rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıdakı xəstəxanalardan birinə aparılıblar.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...