Azərbaycanda torpaq sürüşməsi baş verib - VİDEO
Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib.
Torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37-ci kilometrliyində Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib. Hazırda əraziyə "52 saylı Lerik yol istismarı" MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir.
Rayon ərazisində axşama doğru hava şəraitinin daha da kəskin dəyişəcəyi bildirilir.
Hazırda yolun tam açılması istiqamətində işlər davam etdirilir.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...