Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda 17 yaşlı gənc intihar edib.
BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, Sabirabad rayonu, Bulaqlı kənd sakini Mirzəyev Elmir Məhəmməd oğlu yaşadıqları evin həyətindəki yarımtikilidə özünü asıb.
Qeyd edək ki, E.Mirzəyev Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olub.
Faktla bağlı Sabirabad Prokurorluğunda araşdırma aparılır.
E.Mirzəyev intihar etməzdən əvvəl “Whatsapp”da bu haqda paylaşım edib: “Bəlkə də, siz bu statusu oxuyanda artıq mən həyatda olmayacam.
Özünüzə yaxşı baxın. Məni dost dediklərimin məni səhv başa düşməyi öldürdü. Səhv etdiniz və bu, ömrünüzün axırına qədər sizi peşman edəcək. Mənimki bura qədərmiş... Elmir”.
Oxşar xəbərlər
17 yaşlı tələbə intihar edib
Sabirabadda 17 yaşlı gənc özünü asaraq intihar edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Bulaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Mir...