Azərbaycanda tanınmış xanəndə vəfat etdi - FOTO

Azərbaycanda tanınmış xanəndə vəfat etdi - FOTO
Foto
Hadisə 2772

Azərbaycan musiqisinə ağır itki üz verib.

BAKU.WS-in məlumatına görə, Xalq artisti Xan Şuşinskinin tələbəsi, xanəndə Zəbulla Quliyev bu gün vəfat edib.

O, 75 yaşında infarktdan dünyasını dəyişib.

Sənətkar 1949-cu il iyulun 1-də Saatlı rayonu Seyidoba kəndində anadan olub. O, Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsini bitirib.

Zəbulla Quliyev dahi sənətkar Xan Şuşinskinin ilk tələbəsi olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər