Azərbaycanda tanınmış alim VƏFAT ETDİ

Azərbaycanda tanınmış alim VƏFAT ETDİ
Hadisə 197

Fizika üzrə fəlsəfə doktoru, Patent işi və elmi-texniki ədəbiyyat fondu rəhbəri Həsən Əsgərov vəfat edib.

BAKU.WS xəbər verir ki, alim 3 oktyabr 2024-cü il tarixində, 75 yaşında dəyişib.

Qeyd edək ki, tanınmış alim Həsən Məmməd oğlu Əsgərov 9 dekabr 1949-cu ildə Bakı şəhərində dünyaya gəlib.

O, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Kimya Texnologiyası fakültəsini bitirib. 1972-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətə başlayıb. Onun adı altında institutda qısa bir patent xidməti yaradılıb.

Həsən Əsgərov öz elmi fəaliyyəti ilə Azərbaycan elminin elminə mühüm töhfələr verib.

Onun elmi araşdırmaları və əsərləri, təkcə Azərbaycan elmi fəaliyyəti arasında deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. HMƏsgərovun patent işi sahəsindəki tədqiqatları və innovativ yanaşmaları Azərbaycanın elmi və texniki irsinin açılmasına, həmçinin bu potensialın inkişafının güclənməsinə böyük təsir göstərib.

Alimin uzun illərdə elmi işlərinin uğurları və yetişdirdiyi gənc alimlər yeni nəsillərin əvəzsiz dəstəyi olublar. Onun elmi araşdırmaları və fədakarlığı ilə yetişən alimləri bu gün də Azərbaycan elminin zirvələrinə yüksəltməkdə davam edirlər.

Həsən Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 18 oktyabr tarixli 1775 nömrəli qərarı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər