Azərbaycanda sürücü sükanda ürək çatışmazlığından ölüb
21
okt
2023
14:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda 42 yaşlı sürücü sükan arxasında ölüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 20-də saat 22 radələrində qeydə alınıb.
Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Coşqun Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən ürək çatışmazlığı nəticəsində avtomobilin sükanı arxasında ölüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...