Azərbaycanda sərxoş kişi xəstəxanada həkim və tibb bacısını döydü

28
iyn
2019
08:25
Bərdə rayonunda tibb işçiləri döyülüb."Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, insident Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində baş verib.Orta yaşlı kişi sərxoş halda xəstəxanaya gəlib və ona lazımi tibbi yardım göstərilmədiyini əsas gətirərək, həkimlərə hücum çəkib. Hadisə zamanı bir həkim və tibb işçisi xəsarət alıb. Özünü idarə edə bilməyən və şəxsiyyəti məlum olmayan şəxs xəstəxanada olan tibb və inventar avadanlıqlarını dağıdaraq, yararsız vəziyyətə salıb.Növbətçi həkimlər onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyiblər. Hadisə ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşları əraziyə gələrək həmin şəxsi saxlayıb.Faktı Bərdə polisi araşdırır.
Oxşar xəbərlər
Azərbaycanda "təcili yardım"ın qadın həkimlərinə dəmir parçası ilə hücum etdilər - FOTO
Bərdədə Təcili Tibbi Yardım Stansiyasının çağırışa gedən əməkdaşları xəstənin oğlu tərəfindən döyülüb. Hadisə bu gün-iyunun 12-də Bərdə rayonunun Qaradəmirçi kə...
