Azərbaycanda sayt rəhbərinə cinayət işi açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada özünü sayt rəhbəri kimi təqdim edib, dələduzluqla məşğul olan şəxs barəsində cinayət işi başlanıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, rayonun Aşağı Tala kənd sakini Vüqar Rəcəb oğlu Musayevin rayon sakinlərinə qarşı dələduzluq etməsi barədə prokurorluğa şikayət daxil olub.
İlkin araşdırma zamanı məlum olub ki, V. Musayev özünü "qanunpress.com" informasiya saytının baş redaktoru və vəzifəli şəxs kimi təqdim edərək Zaqatala rayonu ərazisində ayrı-ayrı sahibkarları şantaj etmək yolu ilə pul tələb edib. Faktla bağlı V. Musayev barəsində Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb və zəruri istintaq tədbirləri aparılır.
Bildirilib ki, V. Musayevin əməllərindən ziyan görmüş və şikayət etmək istəyən şəxslər cinayət işinin istintaqının aparıldığı Zaqatala rayon prokurorluğuna müraciət edə bilərlər.
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...